Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 13 cinayət faktı qeydə alınmışdır

26.11.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 13 cinayət faktı qeydə alınmışdır ki, onların 12-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər yaralanmışdır. Gün ərzində 9 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.