Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində cəmi 22 cinayət faktı qeydə alınmışdır

06.06.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 22 cinayət faktı qeydə alınmışdır ki, onların da 21-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 6 nəfər yaralanmışdır. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yanıq xəsarəti almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.