Səbail rayonu Əziz Əliyev küçəsində polis əməkdaşını odlu silahdan açdığı atəşlə yaralamış, milliyyətcə çeçen olan iki RF vətəndaşı tutulmuşdur
25.11.2006Saat 03:30 radələrində, Səbail rayonu Əziz Əliyev küçəsində, Səbail RPİ 9-cu PB-nin əməkdaşları, polis mayoru Aydın Əliyev və polis serjantı Emin Məmmədov şübhəli şəxs qismində 2 nəfəri saxlamağa cəhd göstərmişlər. Bu zaman onlardan biri tapançadan atəş açaraq E.Məmmədovu qolundan yaralamışdır. Baş Mühafizə İdarəsi əməkdaşları ilə birgə görülmüş tədbirlər nəticəsində, hadisəni törədənlər tutulmuşlar. Onlar RF vətəndaşları, milliyyətcə çeçen olan Maqamed Biloyev və onun qardaşı İslam olmuşlar. Onlardan 1 ədəd "Makarov" tapançası (səsboğucusu ilə birgə), 3 ədəd patron, 1 ədəd patron darağı, papaq-maskalar, yapışdırıcı lent, bıçaq, kəskin və spesifik iyli, toz şəklində olan maddə, 0,158 qram heroin və 11,28 qram nas götürülmüşdür.