Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

23.11.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rubayıl Əliyevdən 1,74 qram həşiş, Suraxanı RPİ və DİN-in Polis Akademiyası əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Qaraçucxur qəsəbə sakini İlham Hüseynovdan 0,229 qram heroin, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Süleyman İsmayılovdan 0,436 qram heroin, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri Fikrət İsmayılov və Rövşən Nəsirovdan 1,750 qram heroin götürülmüşdür.