Ağdam rayon sakini Nəsimi Həsənovdan narkotik vasitə və odlu silah aşkar edilərək götürülmüşdür
05.10.2012Baş Narkotiklərlə Mübarizə İdarəsi və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Nəsimi Həsənovdan 16,3 qram marixuana götürülmüşdür. N.Həsənova məxsus "Volkswagen Passat" markalı avtomaşına baxış zamanı 1 ədəd "TT" markalı tapança, 2 ədəd tapança patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.