DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonu Neapol küçəsində 2 otaqlı evdə təbii qazın sızmasından partlayış baş vermişdir

18.11.2006

Saat 01:00 radələrində, Xətai rayonu Neapol küçəsində yaşayan Xeyrulla Babayevə məxsus 2 otaqlı evdə təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə, bir otaqda pəncərə çərçivələri yerindən çıxmış, X.Babayevin arvadı Rəna və oğlu Elsevər isə xəsarət almışlar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.