DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

18.11.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd İsakov 1,27 qram tiryəki satarkən tutulmuş, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini Razdan Hüseynovdan 0,349 qram heroin, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakinləri Səbuhi Zülfüqarovdan 0,082 qram marixuana və 0,159 qram heroin, Eyvaz Eyvazovdan 2,49 qram həşiş və Bakı şəhər sakini Azər Mehdiyevdən 0,910 qram heroin götürülmüşdür.