Qəbələ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
30.08.2012Avqustun 30-da saat 23.30 radələrində Qəbələ rayonu ərazisində, rayon sakinləri Rəhman Məmmədovun və Rauf Kərimovun idarə etdikləri "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış R.Məmmədov və sərnişinləri Saqibə Zeynalova, Pərvanə Nəsirova və Günay Nəsirova xəstəxanaya yerləşdirilmişlər. S.Zeynalova orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.