Ələt-Astara yolunun Masallı rayonu Musaküçə kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi
11.11.2006Saat 22:45 radələrində, Ələt-Astara yolunun Masallı rayonu Musaküçə kəndi yaxınlığında, Yuxarı Zuvand kənd sakini Qılman Nuriyevin idarə etdiyi "Jeep" markalı və Lənkəran rayon sakini Etibar Rəcəbovun idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış Q.Nuriyev, sərnişinləri, oğlu Fuad, atası Şirvan, həmkəndliləri Səbiyyə Gülmirzəyeva və Cavad Nuriyev xəstəxanaya yerləşdirilmişlər. Qılman orada ölmüş, digərlərinin vəziyyətləri isə ağırdır.