DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bərdə-Köçərli dəmir yolu mənzilində, "Kamaz" markalı avtomaşınla yardımçı teplovoz toqquşmuşlar

09.11.2006

Saat 09:00 radələrində, Bərdə-Köçərli dəmir yolu mənzilində, qorunmayan keçiddə, Bərdə rayon sakini Yusif Mehdiyevin idarə etdiyi "Kamaz" markalı avtomaşınla yardımçı teplovoz toqquşmuşlar. Nəticədə yardımçı teplovozun sərnişinləri, Bərdə rayon sakinləri Şakir Mehdiyev, İsa Mehdiyev və Möhübbət Davudov xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.