DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

09.11.2006

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Qobustan qəsəbə sakini Coşqun Şamilovdan 6,84 qram həşiş, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İbrahim Həmzəyevdən 0,213 qram həşiş, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Mirteymurovdan 1,886 qram heroin, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Məmmədovdan 0,163 qram tiryək, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Novxanı qəsəbə sakini İntiqam Əliyevdən 0,194 qram heroin götürülmüşdür. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Keçili kənd sakini Füzuli Məhərrəmov 370 qram marixuananı satarkən tutulmuşdur. F.Məhərrəmovun evinə baxış zamanı əlavə 26,7 qram marixuana götürülmüşdür.