DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 28 cinayət faktı qeydə alınmışdır

02.06.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 28 cinayət faktı qeydə alınmışdır ki, onların da 23-ü «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 7 nəfər ölmüş, 28 nəfər yaralanmışdır. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır ki, tələfat olmamışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.