Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 28 cinayət faktı qeydə alınmışdır
02.06.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 28 cinayət faktı qeydə alınmışdır ki, onların da 23-ü «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 7 nəfər ölmüş, 28 nəfər yaralanmışdır. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır ki, tələfat olmamışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.