DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bəhrəmtəpə-Qazıməmməd yolunun Sabirabad rayonu Qalaqayın kəndi ərazisində yol-qəza hadisəsi

08.11.2006

Saat 20:30 radələrində, Bəhrəmtəpə-Qazıməmməd yolunun Sabirabad rayonu Qalaqayın kəndi ərazisində, Əli Bayramlı şəhər sakini Rövşən Əhmədov "Daewoo" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən, Qalaqayın kənd sakini Elman Rzayevin idarə etdiyi «Zil-130» markalı avtomaşına vurmuşdur. Nəticədə R.Əhmədov və sərnişinlərindən, Əli Bayramlı şəhər sakinləri Yaşar Səmədov hadisə yerində ölmüş, xəsarət almış İxtiyar Nehmətov və Namiq Səlimov isə xəstəxanaya yerləşdirilmiş vəziyyətləri qənaətbəxşdir.