DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xaldan-Balakən yolunun Şəki şəhəri ərazisində yol-qəza hadisəsi

08.11.2006

Saat 22:00 radələrində, Xaldan-Balakən yolunun Şəki şəhəri ərazisində, Ağdam rayon sakini Elmir Quliyevin idarə etdiyi "Mersedes-190" markalı və Bakı şəhər sakini Şamil Paşayevin idarə etdiyi "Mersedes Sprinter" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə E.Quliyev və sərnişinlərindən, Ağdam rayon sakini Rüstəm Buludov və 25-30 yaşlı kişi hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri, Ağdam rayon sakini Elçin Cəfərov, habelə Ş.Paşayev və sərnişinləri, Qusar rayon sakinləri Marıba Sərkərov, Zərnişan Aslanova, Zaqatala rayon sakinləri Gülpəri Mahmudova, Müzəlipə Həsənova və Balakən rayon sakini Aynurə Qardaşova xəstəxanaya yerləşdirilmişlər. A.Qardaşovaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.