DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 25 cinayət faktı qeydə alınmışdır

08.11.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 25 cinayət faktı qeydə alınmışdır ki, onların 18-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 7 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdır. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.