Ağdaş rayonu Dəhnə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
19.07.2012İyulun 20-də saat 00.15 radələrində Ağdaş rayonu Dəhnə kəndinin ərazisində Ləki qəsəbə sakinləri Seyfəddin Abdullayevin idarə etdiyi "VAZ-21074" markalı və Musa Musayevin idarə etdiyi "Hyundai" markalı avtomaşınlar toqquşmuşdur.Nəticədə S.Abdullayevin sərnişinlərindən Ağdaş rayon sakinləri Ceyhunə Əzizova, Aytac Əzizova hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini Orxan Əzizov, habelə M.Musayev xəstəxanaya yerləşdirilmişlər.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.