DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilmişdir

07.11.2006

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhəri Bülbülə qəsəbəsində yaşayan Nəsimi Zeynalovun "Sədərək" TM-də icarəyə götürdüyü anbarda, Çin Xalq Respublikasında istehsal olunmasını əks etdirən rekvizitlərə malik qutularda, dəyəri 100 000 min manat (AZN) məbləğindən yuxarı, guya Rusiya istehsalı olan "Dirol", Almaniya istehsalı olan "Blend-a-med", Braziliya istehsalı olan "Colgate", Hindistan istehsalı olan "Pepsodent", Türkiyə istehsalı olan "Siqnal" diş məcunları və "Arko" kremləri aşkar edilmişdir. Faktla bağlı cinayət işi başlanmışdır.