DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində cəmi 20 cinayət faktı qeydə alınmışdır

01.06.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 20 cinayət faktı qeydə alınmışdır ki, onların da 14-ü «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 6 nəfər yaralanmışdır. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarəti almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 10 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.