DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Naxçıvan şəhər sakini Allahverdi Xudadanovu qətlə yetirmiş Abbas Mahmudov tutulmuşdur

04.11.2006

1993-cü il sentyabrın 14-də, Naxçıvan şəhər sakini Allahverdi Xudadanov özünə məxsus "VAZ-2106" markalı avtomaşınla evdən çıxmış, geri qayıtmamışdır. 1994-cü ilin fevral ayında, Babək rayonunun Güznüt kəndi ərazisində A.Xudadanovun cəsədinin sümükləri tapılmış və faktla əlaqədar CM-nin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanmışdır. Naxçıvan MR DİN Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, A.Xudadanovun Abbas Mahmudov tərəfindən qətlə yetirilməsi müəyyən edilmişdir. A.Mahmudov tutulmuşdur.