Avtomaşın qaçırmaqda təqsirli bilinən Bərdə şəhər sakini Tariyel Kərimov tutulmuşdur
01.07.2012İyulun 2-də Bərdə şəhər sakini Aidə Əzizova RPŞ-yə ərizə ilə müraciət edərək, həmin gün saat 14.00 radələrində evinin qarşısından "Nissan-Micra" markalı avtomaşınının ona qarşı xuliqanlıq etmiş Tariyel Kərimov tərəfindən qaçırılmasını bildirmişdir.
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Kərimov tutulmuş və onun Bərdə-Qaratəpə yolunun 7-ci km-də həmin avtomaşını su kanalına aşırması müəyyən edilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır.