Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

IAQMI əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilmişdir

03.11.2006

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Şəlalə Dadaşovanın milliyyətcə erməni olan Ukrayna vətəndaşı Asmik adlı şəxslə əlbir olub, insan alveri ilə məşğul olaraq qadınları Hindistana apararaq cinsi istismara məruz qoymaları müəyyən edilmişdir. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıxanov qəsəbəsindəki "Ümid" kafesində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə, oranın xörəkpaylayanı, Gəncə şəhər sakini Diyar Əliyev və kafenin icarədarı, Biləsuvar rayon sakini Ramil Əkbərov tutulmuşlar.