DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində cəmi 23 cinayət faktı qeydə alınmışdır

30.05.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 23 cinayət faktı qeydə alınmışdır ki, onların da 20-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 4 nəfər yaralanmışdır. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə tələfat olmamışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.

30.05.2005 tarixinə olan kriminal məlumatlar