DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu Dərnəgül qəsəbəsi ərazisində yol-qəza hadisəsi

01.11.2006

Saat 04:00 radələrində, Binəqədi rayonu Dərnəgül qəsəbəsi ərazisində, Bakı şəhər sakini Alina Oleqovna Douson "Cerri Tico" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış "MAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarət almış A.Douson və sərnişini, Maştağa qəsəbə sakini İmamnəzər Nəzərov xəstəxanaya yerləşdirilmişlər. A.Douson orada ölmüş, İ.Nəzərovun vəziyyəti isə ağırdır.