Oğurluğa cəhd göstərmiş, İmişli rayon sakini Sadiq Hümbətov tutulmuşdur
14.06.2012Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də Cavadxan küçəsində, Bakı şəhər sakini Elxan Bayramova məxsus "BMV X-5" markalı avtomaşından şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş, İmişli rayon sakini Sadiq Hümbətov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyun ayının 9-dan 14-dək olan müddətdə Lalə Məmmədovaya, Fəridə Hüseynzadəyə, Səlim Əsgərova və Elşən Çobanzadəyə məxsus avtomaşınlardan da oğurluq etməsi müəyyən edilmişdir.