DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ağsu-Ləngəbiz yolunun Ağsu rayonu Ərəbuşağı kəndi ərazisində yol-qəza hadisəsi

30.10.2006

Saat 13:30 radələrində, Ağsu-Ləngəbiz yolunun Ağsu rayonu Ərəbuşağı kəndi ərazisində, Kürdəmir rayon sakini Ağasəf İsayevin idarə etdiyi "VAZ-2103" markalı və Bico kənd sakini Nizami Cavadovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticə A.İsayevin sərnişini, arvadı Firəngiz, oğlu Fəqan və N.Cavadovun sərnişinləri, həmkəndliləri Elçin Güləliyev və Qurban Qurbanov ölmüş, habelə hər iki sürücü və A.İsayevin oğlu Eyvaz isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.