Ələt-Astara yolunun Biləsuvar rayonu Bəydilli kəndi ərazisində yol-qəza hadisəsi
28.10.2006Saat 14:45 radələrində, Ələt-Astara yolunun Biləsuvar rayonu Bəydilli kəndi ərazisində, Xırmandalı kənd sakini Ceyhun İsayev "Nissan-Maxima" markalı avtomaşını idarə edərkən, kənd sakinləri Nazxanım Qasımovanı və Elnur Əliyevi vurmuşdur. Nəticədə N.Qasımova və E.Əliyev hadisə yerində ölmüş, xəsarət almış C.İsayev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.