Daşkəsən rayonunun Xoşbulaq kənd sakini Mehdi Məmmədova məxsus evdə yanğın baş vermişdir
28.10.2006Saat 07:00 radələrində, Daşkəsən rayonunun Xoşbulaq kəndində, kənd sakini Mehdi Məmmədova məxsus 2 mərtəbəli 5 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra M.Məmmədovun yanmış meyiti tapılmışdır. Faktla əlaqədar cinayət işi başlanmışdır.