Hacıqabul rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir
31.05.2012İyunun 1-də saat 10.30 radələrində Hacıqabul rayonu ərazisində Bakı şəhər sakinləri Qulu Hüseynovun idarə etdiyi "Mercedes" və Zamir Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.Hüseynovun sərnişinləri - oğlu 6 yaşlı Zakir və anası Zəminə hadisə yerində ölmüş, xəsarət almış arvadı Şəhla, habelə Q.Hüseynovun sərnişini - arvadı Gülzar xəstəxanaya yerləşdirilmişlər.