DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı-Qazax yolunun Ağstafa rayonu ərazisində yol-qəza hadisəsi

27.10.2006

Saat 14:00 radələrində, Bakı-Qazax yolunun Ağstafa rayonu ərazisində, rayon sakini Vüsal İsmayılovun idarə etdiyi "QAZ-2417" markalı və Göyçəli kənd sakini Nəsrəddin Nağıyevin idarə etdiyi "KAVZ-685" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış V.İsmayılov və sərnişinlərdən, Ağstafa şəhər sakinləri Rəna Nəbiyeva, Həsən Muradov, Əsli Nəbiyeva, Elçin Quliyev və Qabil Abbasov xəstəxanaya yerləşdirilmişlər. Ə.Nəbiyeva, Q.Abbasov və V.İsmayılov orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.