DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində cəmi 24 cinayət faktı qeydə alınmışdır

27.05.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 24 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 10 nəfər yaralanmışdır. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 2 nəfər ölmüş, 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.