Avtomaşın qaçırmış Sumqayıt şəhər sakinləri Kəramət Abbasov və Əsəd Şamilov saxlanılmışlar
25.05.2012Mayın 26-na keçən gecə Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Sultanəli Babayevə məxsus "Reno" markalı avtomaşın qaçırılmışdır. Hadisəni törətmiş Sumqayıt şəhər sakinləri Kəramət Abbasov və Əsəd Şamilov Sumqayıt şəhəri ərazisində ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün Nərimanov RPİ-yə təhvil verilmişlər.