Liftlərin ehtiyat hissələrini sökərək oğurlamış cinayətkar dəstənin üzvü tutularaq ondan 0,77 qram tiryək götürülmüşdür
26.10.2006Yeni Günəşli qəsəbəsindəki yaşayış binalarında olan liftlərin ehtiyat hissələrini sökərək oğurlamış cinayətkar dəstənin üzvü, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəfael Məmmədov Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuş və ondan 0,77 qram tiryək götürülmüşdür. Müəyyən edilmişdir ki, qrupun üzvləri cari ilin iyul-sentyabr ayları ərzində İ.İsmayılov, G,Mehmandarov, G.Şıxlinski və Gəncə prospektlərindəki evlərin liftlərindən 40 ədəd əyləc sarğıları oğurlamışlar.