Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Oğuz rayon sakini Seymur Ağabəyov ölmüşdür
25.05.2012Mayın 25-də saat 22.45 radələrində Oğuz rayonunun Baş Daşağıl kəndinin ərazisində, rayon sakini Seymur Ağabəyov "VAZ-21012" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüş, sərnişini Natiq Lətifovun vəziyyəti isə qənaətbəxşdir.