Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
25.05.2012Mayın 26-da saat 01.30 radələrində Qaradağ rayonu ərazisində, Neftçala rayon sakini İlqar Rzayev "Hyundai" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə İ.Rzayevin sərnişini Müşfiq Sultanov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini Sahib Əliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.