DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Pakizər Qarayeva, Röya Rüstəmova və Mehriban Əkbərova mütəşəkkil cinayətkar qrup yaradıb insan alveri ilə məşğul olmalarına görə tutulmuşlar

25.10.2006

DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhərində yaşayanlar - 1947-ci il təvəllüdlü Pakizər Qarayevanın, 1973-cü il təvəllüdlü Röya Rüstəmovanın, 1973-cü il təvəllüdlü Səadət Əliyevanın və Gəncə şəhər sakini 1971-ci il təvəllüdlü Mehriban Əkbərovanın mütəşəkkil cinayətkar qrup yaradıb insan alveri ilə məşğul olmaları və qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaları müəyyən edilmişdir. Fakt üzrə cinayət işi başlanmış, istintaq aparılır.