DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

25.10.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəsul Rzayev 31,75 qram marixuananı satarkən tutulmuşdur. Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini Arzu Mustafayevdən 0,198 qram heroin götürülmüşdür. Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, narkotik vasitə ilə tutulmuş Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vaqif Nağıyev 155,2 qram marixuananı könüllü olaraq polisə təhvil vermişdir.