DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı-Yevlax yolunun Göyçay rayonu Bığır kəndi ərazisində yol-qəza hadisəsi

25.10.2006

Saat 08:30 radələrində, Bakı-Yevlax yolunun Göyçay rayonu Bığır kəndi ərazisində, Bakı şəhər sakini İsmixan Nəsirovun idarə etdiyi "VAZ-2121" markalı və Göyçay şəhər sakini Ənhar Nəsirovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Ə.Nəsirov və sərnişinləri, həmyerliləri Çingiz Həmidov, Ayaz Məlikov, Bakı şəhər sakini Azər Musayev hadisə yerində ölmüş, xəsarət almış İ.Nəsirov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.