DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonu H.Əliyev prospektində yol-qəza hadisəsi

25.10.2006

Saat 19:30 radələrində, Nizami rayonu H.Əliyev prospektində, Bakı şəhər sakini Allahverən Şirinovun idarə etdiyi "Mersedes" markalı və Bakıxanov qəsəbə sakini Elman Əliyevin idarə etdiyi "VAZ-21010" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış A.Şirinov, E.Əliyev və onun sərnişinləri, Bakı şəhər sakini Rövşən Hüseynov və Biləsuvar rayon sakini Xalid Rüstəmov xəstəxanaya yerləşdirilmişlər. E.Əliyev orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.