Bakı-Qazax yolunun 319-cu kilometrliyində yol qəza hadisəsi
25.05.2005Bakı-Qazax yolunun 319-cu kilometrliyində Goranboy rayonunun Borsunlu kəndi ərazisində Bakı şəhər sakini Möhübbət Əliyevin idarə etdiyi «BMW» markalı və Gəncə şəhər sakini Məhəbbət Məmmədovun idarə etdiyi «PAZ-672» markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, M.Əliyev və sərnişinləri Nurəddin Cəfərov və Şəfiqə Əliyeva hadisə yerində ölmüş, xəsarət almış M.Məmmədov, S.Tağıyeva, E.Hümbətov və qardaşı Urfan xəstəxanaya yerləşdirilmişlər.