Bakı şəhər sakini Orxan Quliyevin qumarxana təşkil etməsi müəyyən edilmişdir
07.05.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Orxan Quliyevin Bakının Nizami rayonu ərazisində internet klubda "on-line" sistemi ilə qumarxana təşkil etməsi müəyyən edilmişdir. İnternet kluba baxaş zamanı 14 ədəd kompyuter, 327 ədəd futbol proqramları blankları və 1 qovluq qara mühasibatlıq sənədləri aşkar edilərək götürülmüşdür.