DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində cəmi 29 cinayət faktı qeydə alınmışdır

25.05.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 29 cinayət faktı qeydə alınmışdır ki, onların da 26-ı «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 7 nəfər yaralanmışdır. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə tələfat olmamışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 37 nəfər tutulmuşdur.