Axtarışda olan Pərviz Əliyev Rusiya Federasiyası ərazisində tutularaq respublikamıza gətirilmişdir
21.10.2006Daşkəsən RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məlum 1994-cü ilin oktyabr hadisələrinin iştirakçısı, 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 57.1-ci (Azərbaycan Respublikasının silahlı qüvvələrindən və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və ya konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə), 70,2-ci (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması), 15.120-ci (qanunsuz olaraq azadlıqdan məhrum etmədə iştirak etmə), 185.1-ci (azadlıqdan mərhum etmə növündə cəza çəkmədən boyun qaçırma), 220-ci (müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və ya partlayıcı maddə gəzdirmə, saxlama, daşıma, əldə etmə, hazırlama və ya satma) maddələri ilə axtarışda olan Pərviz Əliyev Rusiya Federasiyasının Tolyatti şəhərində tutularaq respublikamıza gətirilmişdir.