DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 22 cinayət faktı qeydə alınmışdır

20.10.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 22 cinayət faktı qeydə alınmışdır ki, onların 16-ı "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.