Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

18.10.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Mais Abbasovdan 0,536 qram heroin, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Naxçıvan şəhər sakini Elşad Tağıyevdən 0,538 qram heroin, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini Ədalət Alxasovdan 0,11 qram heroin, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Kürdəmir rayon sakini Elşən Abdullayevə məxsus "VAZ-2107" markalı avtomaşından 0,064 qram heroin və 1 ədəd şpris götürülmüş, Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Fərhad Əhmədov 525 qram marixuananı satarkən tutulmuşdur.