Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları yığılaraq məhv edilmişdir

15.10.2006

Ordubad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Ordubad şəhər sakini Nadir Axundovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 40 kiloqram olan 108 ədəd çətənə kolu və 852 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Babək rayon sakini, əvvəllər məhkum olunmuş Səxavət Heydərovdan 0,644 qram heroin götürülmüş, onun evinə baxış zamanı isə 594 qram tiryək və 1 ədəd çəkisi 10 milliqram olan diozepan həbi götürülmüşdür.