Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

14.10.2006

Ədliyyə Nazirliyi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, «N» saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Natiq Əliyevdən 0,195 qram heroin, 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abdulla İbrahimovdan 0,124 qram heroin, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Rəşad Zeynalovdan 0,198 qram heroin və 0,66 qram tiryək, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Abbaszadədən 0,219 qram heroin götürülmüşdür.