Gəncə şəhərində Ağdam rayon sakini S.Əliyevə məxsus avtomaşını qaçırmış A.Hüseynov tutulmuşdur
22.03.2012Martın 21-də Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsindən Ağdam rayon sakini Seymur Əliyevə məxsus "VAZ-21214" markalı avtomaşın qaçırılmışdır. Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Hüseynov tutulmuşdur.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.