Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Qazax yolunun Hacıqabul rayonu Padar kəndi ərazisində yol-qəza hadisəsi

12.10.2006

Saat 22:00 radələrində, Bakı-Qazax yolunun Hacıqabul rayonu Padar kəndi ərazisində, Göyçay rayon sakini İlham Hüseynovun idarə etdiyi "Ford" markalı və Əli Bayramlı şəhər sakini Ağa Yusifovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış A.Yusifov və sərnişinləri, Əli Bayramlı şəhər sakinləri Namiq Qafarov və Ramiz Tağıyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.