Gün ərzində cəmi 21 cinayət faktı qeydə alınmışdır
19.05.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 21 cinayət faktı qeydə alınmışdır ki, onların da 18-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında yol-nəqliyyat hadisəsi qeydə alınmamışdır. Gün ərzində 1 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə tələfat olmamışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.